Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azər Türk Bank”da yeni təyinat
“Azər Türk Bank”da yeni təyinatBu gün, 13:20 |
|
“Azər Türk Bank” ASC-nin Nağd vəsaitlər departamentinə yeni direktor təyin edilib. Banker.az-ın məlumatına görə, bu vəzifə Nəsib Pənahlıya həvalə edilib. O, 2019-cu ilin may ayından 2026-cı ilin iyul ayına kimi Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinin Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi, 2011-ci ilin may ayından 2019-cu ilin aprel ayına kimi isə Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi kimi çalışıb. Nəsib Pənahlı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2005–2009-cu illərdə Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2009–2012-ci illərdə isə eyni ixtisas üzrə magistr təhsili alıb. Geri qayıt |