Əsas Səhifə > Ana xəbər / Güney Press > “PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub

“PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub


Bu gün, 11:35

“PASHA Holding” MMC-nin Gürcüstandakı törəmə bankı “PASHA Bank Georgia” Səhmdar Cəmiyyətində İdarə Heyətində kadr dəyişikliyi baş verib.

Banker.az xəbər verir ki, indiyədək Baş risk inzibatçısı (CRO) vəzifəsində çalışan Levan Aladaşvili karyerasını Baş maliyyə inzibatçısı kimi davam etdirəcək.

L.Aladaşvilinin əvvəlki vəzifəsi – CRO kimi isə 2026-cı ilin iyul ayından etibarən Orxan Vahabova həvalə edilib.

Orxan Vahabov bank sektorunda 25 ildən artıq peşəkar təcrübəyə malikdir. Bundan əvvəl 2020–2026-cı illərdə Azərbaycandakı “PAŞA Bank” ASC-də Risklərin İdarə Edilməsi üzrə Baş direktor olub. O.Vahabov daha əvvəl “Expressbank” ASC-də İdarə Heyəti sədrinin müavini, “DəmirBank” ASC-də İdarə Heyəti sədrinin müavini və Risklər üzrə Baş Direktor, Azərbaycan Mərkəzi Bankında baş müfəttiş, eləcə də Azərbaycan Beynəlxalq Bankında Daxili Nəzarət şöbəsinin baş mütəxəssisi vəzifələrində çalışıb.

“PASHA Bank Georgia” yeni vəzifələrində hər iki mühüm vəzifəyə təyin olunan şəxslərə uğurlar arzulayıb.


Geri qayıt