Əsas Səhifə > Ana xəbər / Güney Press > Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdiBu gün, 10:32 |
|
Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib. Manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti, general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub. Qeyd edək ki, Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb. Geri qayıt |