Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb
“Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıbBu gün, 09:36 |
|
“Azəristiliktəchizat” ASC-nin ümumi aktivlərində cüzi artım qeydə alınsa da, öhdəlikləri azaldılıb. Banker.az bu barədə qurumun 31 dekabr 2025-ci il tarixinə olan illik maliyyə hesabatına istinadən xəbər verir. Şirkətin cəmi aktivləri 2024-cü illə müqayisədə 0.31% artaraq 163 milyon 262 min manatdan 163 milyon 775 min manata yüksəlib. Aktivlərin əsas hissəsini təşkil edən uzunmüddətli aktivlər (əmlak, tikili və avadanlıqlar) isə 0.06% artımla 128.9 milyon manat olub. Cari aktivlərin tərkibində mal-material ehtiyatlarında artım müşahidə olunub. Bu göstərici ötən ilə nisbətən 22.5% artaraq 5 milyon manatdan 6.1 milyon manata çatıb. Hesabat dövründə ASC-nin cəmi öhdəliklərinin 13.2% azalaraq 87.2 milyon manatdan 75.7 milyon manata enib. O cümlədən, uzunmüddətli borc öhdəlikləri 29% (11 milyon manata) azaldılıb. Şirkətin yığılmış zərəri 6% (təxminən 7.3 milyon manat) azalaraq 122.2 milyon manatdan 114.8 milyon manata düşüb. Geri qayıt |