Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan bu gün qarışacaq
Ermənistan bu gün qarışacaqBu gün, 09:06 |
|
Ermənistan iyulun 4-ü ərəfəsində son illərin ən kritik siyasi günlərindən birini yaşayır. Bu gün Konstitusiya Məhkəməsinin 7 iyun parlament seçkilərinin nəticələri ilə bağlı verəcəyi qərar təkcə hüquqi sənəd olmayacaq, həm də ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək dönüş nöqtəsinə çevrilə bilər. Musavat.com erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanda həm hakimiyyət, həm müxalifət, həm də beynəlxalq müşahidəçilər bütün diqqətlərini Konstitusiya Məhkəməsinə yönəldiblər. Qərarın açıqlanmasından dərhal sonra ölkədə etiraz aksiyalarının başlanması, siyasi qarşıdurmanın kəskinləşməsi və hətta yeni parlament seçkilərinin gündəmə gəlməsi ehtimalı istisna edilmir. Məlumdur ki, iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrindən narazı qalan 7 siyasi qüvvə Konstitusiya Məhkəməsinə müraciət edərək səsvermənin nəticələrinin ləğvini tələb edib. Onların arasında Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku, Samvel Karapetyanın "Güclü Ermənistan" bloku, Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası və digər müxalif siyasi təşkilatlar yer alır. Qanunvericiliyə görə, məhkəmə aşağıdakı qərarlardan birini qəbul edə bilər: Siyasi ekspertlərin əksəriyyəti hesab edir ki, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini tam şəkildə ləğv etməsi ehtimalı yüksək deyil. Bunun əsas səbəbi məhkəmənin hazırkı tərkibinin böyük hissəsinin Nikol Paşinyanın hakimiyyəti dövründə formalaşdırılmasıdır. Son illərdə Konstitusiya Məhkəməsinin qəbul etdiyi mühüm qərarlar da müxalifət tərəfindən hakimiyyətin siyasi maraqlarına uyğun qiymətləndirilib. Musavat.com xəbər verir ki, bu barədə Rusiya ermənilərinin saytı yekramos.org yazıb. Bildirilir ki, Son seçkilərdən sonra hökumət parlament çoxluğunu qoruyub saxlasa da, konstitusiya çoxluğunu itirib. Bununla yanaşı, seçkilərin legitimliyi ətrafında yaranan mübahisələr hakimiyyət üzərində əlavə siyasi təzyiq formalaşdırıb. Əgər yeni seçkilər elan olunarsa, Paşinyan bunu "xalqın yenidən qərar verməsi" kimi təqdim etməyə çalışacaq. Hakimiyyət bu müddətdə müxalifətin parçalanmasından istifadə edə, siyasi gündəmi yenidən formalaşdıra və daha güclü nəticə əldə etməyə çalışa bilər. Müxalif qüvvələr artıq bir neçə gündür ki, tərəfdarlarını səfərbər edirlər. Konstitusiya Məhkəməsinin qərarından narazı qalacaqları təqdirdə genişmiqyaslı etiraz aksiyalarının başlanacağı barədə xəbərdarlıqlar səslənir. Geri qayıt |