Əsas Səhifə > Ana xəbər / Güney Press > Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ...

Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ...


Bu gün, 06:57

Azərbaycanda bu ilin yanvar-may aylarında öz ixracını 4 dəfəyə yaxın artıran qeyri-neft sektoru təmsilçisi bilirsiniz hansı şirkətdir?! Bəli, tapdız - "Azerbaijan International Mining Company" MMC. 2026-cı ildə bu dövr ərzində 154 mln. dollara yaxın ixracatı olub.
Yaxşı, bu şirkət nə ilə məşğul olur?! Onu da bildiz - Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan aparıcı özəl mədənçilik şirkətidir. Böyük Britaniyanın «Anglo Asian Mining PLC» şirkətinin törəmə müəssisəsidir.
Xub, bəs niyə bu məsələ mənim diqqətimi çəkdi?! Hə, onu bəlkə də bilmədiz, deyim də - şirkət faydalı qazıntılarla, resursla məşğul olur, yəni, neft-qaz hasilatı ilə, qızıl-mis çıxartmaq arasında heç bir fərq yoxdur.
Ona görə də, illərdir təklif edirəm ki, iqtisadiyyatda SSRİ-dən, indiki Rusiyadan qalmış, “neft və qeyri-neft sektoru”, təsnifatı dəyişməlidir, ölkədə resur və qeyri-resurs iqtisadiyyatı bölgüsü təsis edilməlidir. Bu zaman mənzərəni daha aydın görmək, məmləkətin Allahın verdiyi resurslardan nə qədər asılı olduğunu tam anlamaq olar...
Müəllif: Natiq Cəfərli - "DİA-AZ"

Geri qayıt