Əsas Səhifə > Ana xəbər / Güney Press > Ədalət onları qətiyyən maraqlandırmır...

Ədalət onları qətiyyən maraqlandırmır...


Bu gün, 06:41

Arzum adlı tiktoker var, dünən məhkəməsi olub və beş il müddıtinə azadlıqdan məhrum edilib. Yol açdığı, ya da qarşı tərəfin törətdiyi yol qəzasında ölüm hadisəsi olduğu üçün. Bir müddət əvvəl yaxınlarımdan adını tez-tez eşitdiyim üçün qışda bir neçə dəfə girib səhifəsinə baxmışdım. Maraqlı, intellektli, yüksək səvviyyəli heç nə görmədim. Özü üçün videoroliklər çəkib, pul qazanır. Maraqlı gəlmədiyi üçün izləmədim, bu heç. Ancaq, məlum hadisəylə bağlı son vaxtlar tez-tez qarşıma çıxır, çağırışlar edir, 4 uşaq anası olduğu üçün məhkəmədən ədalət istəyirdi. Haqlı da idi. Lakin, sosial şəbəkəlırdə onu qınayanlar, başına gələnlərə sevinənləri də az görmədim. Çoxu da xanımlar! Və rəylərdən də görünürdü ki, onu qınayan xanımların çoxu ölümlə nəticələnən yol qəzasına görə deyil, onun tiktokda loru dilində desək, daha çox "atdanıb, düşməyinə, özü üçün yaşamağına, heç kimi vecinə almamağına" görə əsəbidirlər. Ədalət onları qətiyyən maraqlandırmır. Onları qıcıq edən Arzumun məşhur olması və öz kefində yaşamasıdır. Bir yerdə hətta belə bir rəy gördüm-" əcəb olub, bütün günü tiktokda özünü reklam edirdi! Ay camaat, əcəb edirdi, özü bilər, çalışın, siz də o zirvəyə çatın, onun kimi atdanıb, düşün də. Kim qoymur?! 
Yəni, burdan çıxan nəticə, bizdə öz kefiylə yaşayan adam görəndə nədənsə çoxunu qarınağrısı tutur. Məhkəmənin qərarına gəldikdə isə, qadının düşməni elə qadındır.
Tezliklə bu xanıma işıq yolu arzulayıram.

Müəllif: Səbinə Məmmədli - "DİA-AZ"


Geri qayıt