Əsas Səhifə > Ana xəbər / Güney Press > “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilibBu gün, 13:04 |
|
“Kapital Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib, Baş maliyyə inzibatçısı təyin edilib. Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə bankın İdarə Heyətinə üzv Rauf Atakişiyev seçilib. R. Atakişiyev bu vəzifə ilə paralel bankın idarə strukturunda mühüm vəzifə olan Baş maliyyə inzibatçısı (CFO) vəzifəsini icra edəcək. Ona qədər bu vəzifədə Emin Məmmədov çalışıb. Məmmədov 2026-cı ilin əvvəlindən banka yaxın olan “Birmarket”də CFO vəzifəsinə təyin edilmişdi. Hazırda “Kapital Bank” ASC-nin İdarə Heyətinə sədr Fərid Hüseynov, üzvlər isə Cavid Mirzəyev, Fərid Hidayətzadə, Kamal Abdullayev, Ağarza Baxşiyev və Cəlal Orucov daxildir. Rauf Atakişiyevin seçilməsindən sonra İdarə Heyətinin üzvlərinin sayı sədr də daxil olmaqla 7 nəfərə çatacaq. Rauf Atakişiyev maliyyə və audit sahəsində 20 ilə yaxın iş təcrübəsinə malikdir. Buna qədər “KPMG Azərbaycan”da tərəfdaş və konsaltinq xidmətlərinin rəhbəri olan Atakişiyev daha əvvəl Sumqayıt Texnologiyalar Parkında maliyyə direktoru və İdarə Heyətinin üzvü, “Avrora” Şirkətlər Qrupunda baş icraçı direktorun müavini, “Deloitte”un Azərbaycan, Rusiya və Böyük Britaniya ofislərində isə müxtəlif rəhbər vəzifələrdə çalışıb. Geri qayıt |