Əsas Səhifə > Ana xəbər / Güney Press > Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü...

Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü...


Bu gün, 10:09

Hökumət məmurları və həbsxana nəzarətçiləri Qəzvinin Çubindər həbsxanasında saxlanılan Güney azərbaycanlı siyasi fəal Məhəmmədrza Murad Behruzini ölümcül şəkildə döyüblər.
Moderator.az "Azad İran" telegram-kanalına istinadla xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, hadisə siyasi məhbusların nəzarətçilərin təzyiq və təhqirlərinə qarşımetiraz aksiyalarından sonra baş verib.
Döyülmə nəticəsində Məhəmmədrza Murad Behruzinin bir neçə qabırqası və bir əli sınıb, üz nahiyəsindən ağır xəsarətlər alb.
O, vəziyyətinin ağır olduğu üçün xəstəxanaya köçürülüb.
Qeyd edək ki, Məhəmmədrza Murad Behruzi bir neçə ittihama, o cümlədən "milli təhlükəsizliyə qarşı çıxmaq" ittihamına görə həbs edilib.
Onun həyat yoldaşı Suri Babai Çegini də yanvarın 6-da etiraz aksiyasında saxlanılıb və "rəhbəri təhqir etmək" və "hökumətə qarşı təbliğat ittihamaları ilə 3 il həbs cəzasına məhkum edilib.

Geri qayıt