Əsas Səhifə > Ana xəbər / Güney Press > Anar Əliyevin ABSURD "qənaəti"

Anar Əliyevin ABSURD "qənaəti"


Bu gün, 07:14

Ölkədə minlərlə insan sosial yardıma, pensiyaya və məşğulluq proqramlarına ehtiyac duyduğu bir vaxtda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şöbə müdirinin müavinləri üçün yeni masa dəstləri sifariş edib.

Maraqlıdır, nazirliyin illərdir fəaliyyət göstərən inzibati binalarında istifadə oluna biləcək bir masa belə qalmayıbmı? Yoxsa hər yeni kabinet üçün dövlət büdcəsi hesabına yenidən mebel alınması artıq adi praktikaya çevrilib? Dövlət vəsaitinin xərclənməsində qənaət prinsipi harada qalıb?

Bizimesr.com bildirir ki, 12 minlik tender atrıq udulub və bu pula şöbə müdirinin müavinləri üçün masa, paltar dolabı alınacaq. Tenderi "EMBAWOOD" MMC-yə veriblər.

Bizimesr.com


Geri qayıt