Əsas Səhifə > Ana xəbər / Güney Press > Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var!
Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var!Bu gün, 06:41 |
|
"AAAF Park" yaşayış kompleksinin tikintisini həyata keçirən "AAAF-İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə rekord həddə vergi borcu üzə çıxıb.
Qanuni təmsilçisi Rasim Raqib oğlu Orucov olan bu böyük tikinti şirkətinin dövlət qarşısında milyonlarla manatlıq borc bataqlığına yuvarlanması ciddi diqqət çəkir. Qeyd edək ki, "AAAF Park" yaşayış kompleksinin tikintisini həyata keçirən "AAAF İnşaat" MMC şirkəti tanınmış iş adamı və keçmiş ağır atlet Tofiq Heydərova məxsusdur. Şirkətin adı və abreviaturası, onun vaxtilə vitse-prezidenti olduğu Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş hərflərindən götürülmüşdü. Geri qayıt |