Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi

Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi


Bu gün, 06:37

2020-ci il Qarabağ müharibəsi zamanı gündəlik brifinqləri ilə tanınan Artsrun Ovannisyan Ermənistan Müdafiə Nazirliyində yeni vəzifəyə təyin olunub.

Musavat.com xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın imzaladığı sərəncama əsasən, Artsrun Ovannisyan Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Elmi-Tədqiqat Universitetinin rəhbəri təyin edilib. O, uzun illər Ermənistan Müdafiə Nazirliyinin sözçüsü olub, polkovnik rütbəsi daşıyır və hərbi analitik kimi fəaliyyət göstərib.

2020-ci il Qarabağ müharibəsi zamanı Ermənistanın rəsmi məlumatlarını gündəlik brifinqlərdə məhz o təqdim edirdi. Ovannisyan xüsusilə müharibə dövründə tez-tez səsləndirdiyi "taktiki geriçəkilmə" ifadəsi ilə yadda qalıb. O, cəbhədə Ermənistan qüvvələrinin geri çəkildiyi əraziləri "planlı və taktiki manevr" kimi təqdim edir, vəziyyətin Ermənistan ordusunun nəzarətində olduğunu bildirirdi. Lakin müharibədən sonra Ermənistanın ağır məğlubiyyəti və geniş ərazi itkiləri fonunda bu açıqlamalar ölkə daxilində ciddi tənqidlərə səbəb olmuşdu.

Müharibə günlərində Ovannisyan dəfələrlə Ermənistan ordusunun vəziyyətini nikbin təqdim edib, bəzi istiqamətlərdə Azərbaycan Ordusunun irəliləyişlərini təkzib edib və döyüşlərin gedişi barədə sonradan reallıqla üst-üstə düşməyən bəyanatlar verib.


Geri qayıt