Əsas Səhifə > Ana xəbər / Güney Press > Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir

Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir


Bu gün, 12:38

Qəbələ rayonunda qanunsuz fəaliyyət göstərdiyi bildirilən iaşə obyektləri yığışdırılıb.

Xitab24.az xəbər verir ki, bununla bağlı Qəbələ Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, iyunun 29-da Qəbələ Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların əməkdaşları tərəfindən şəhər ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinin qarşısı alınıb və yığışdırılıb.

Maraqlıdır ki, bu obyektlərin yığışdırılmasında isə həmin kafelərdə çalışanlar cəlb olunub. Yəni, Qəbələ RİH və müvafiq qurumlar öz işçi heyətindən istifadə etmək əvəzinə, yeniyetmələri istismara məruz qoyub.

Bu faktı təsdiqləyən fotoları Qəbələ RİH özü rəsmi feysbuk hesabında paylaşıb.

Qeyd edək ki, Qəbələnin icra başçısı 2010-cu ildən Səbuhi Abdullayevdir.

Həmin fotoları təqdim edirik:



Geri qayıt