Əsas Səhifə > Ana xəbər / Güney Press > İsrail bu yolla dost qazana və dostu qoruya bilməz...
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz...Bu gün, 08:30 |
|
Soyqırımı anlayışı İsrail üçün xüsusi simvolik əhəmiyyət daşıyır. Onların yanaşmasına görə, soyqırımı deyildikdə ilk növbədə yəhudi xalqının yaşadığı Holokost yada düşməlidir.
Bu səbəbdən İsrail uzun illər erməni soyqırımı məsələsinə soyuq yanaşıb, hətta bəzi ölkələrdə onun tanınmasının qarşısını almağa çalışıb.
Hazırda düşünürəm ki, bu məsələ daha çox Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Parlamentdə qəbul ediləcəyinə çox da inanmıram.
Əgər qəbul edilərsə, bu, Netanyahunun növbəti strateji səhvi olacaq. Ərdoğan gec-tez hakimiyyətdən gedəcək və Türkiyənin İsrailə münasibəti dəyişəcək. Amma belə bir qərar uzun illər yadda qalacaq. Küçə sorğularına baxsaq, Türkiyədə İsrailə qarşı neytral və ya laqeyd mövqedə olan on milyonlarla insan var. Bu gələcəkdə hakimiyyəti götürəcək Ərdoğana müxalif kütlədir.
Netanyahunun ikinci səhvi isə Ermənistana və Azərbaycana qarşıdır. Paşinyan və hökuməti bir müddətdir "soyqırımı" mövzusunun dövlət siyasətində əvvəlki kimi mərkəzi yer tutmaması və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atırlar. Belə bir vaxtda İsrailin bu məsələni yenidən gündəmə gətirməsi Paşinyanın siyasi rəqiblərinin mövqeyini gücləndirə və Qafqazda sülh prosesinə mənfi təsir göstərə bilər.
Erməni soyqırımını rəsmi tanımaq, İsrailə qarşı dünyada mövcud olan mənfi münasibəti daha da gücləndirməkdən başqa ciddi nəticə verməyəcək
Gələk Türkiyəyə.
Erməni soyqırımı iddialarının beynəlxalq səviyyədə gündəmə gəlməsində SSRİ dövründə başladılan pripaqanda mühüm rol oynayıb. Daha sonra isə Rusiya bu soyqırımı rəsmi şəkildə tanıyaraq davam etdirib.
Bu gün Türkiyədə Rusiyaya və Putinə simpatiya bəsləyən milyonlarla insan var. Maraqlıdır ki, onların əhəmiyyətli hissəsi məhz mühafizəkar, dini və milliyyətçi çevrələrdir.
Eyni zamanda, erməni soyqırımı ilə bağlı abidələrin ucaldıldığı və anım tədbirlərinin keçirildiyi ölkələrdən biri də İrandır. Buna baxmayaraq, Türkiyədə İrana müsbət münasibət bəsləyən çevrələrin də əsas hissəsini yenə dini və milli camiə təşkil edir.
Demək istədiyim odur ki, Türkiyə cəmiyyətində öz tarixinə ciddi hörmətsizlik var. İsrail isə Netanyahunun siyasəti nəticəsində müttəfiqlərini itirməkdə davam edir.
Müəllif: Orxan Atabəy - "DİA-AZ"
Geri qayıt |