Əsas Səhifə > Ana xəbər / Güney Press > TƏBİB-dəki budama: Sahil Babayev ab-havası...
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası...Bu gün, 07:21 |
|
Hər sahədə ixtisarların olması acınacaqlıdır, amma təhsil və əsasən də səhiyyə sahəsində ixtisarlar dəhşətdir. Hətta mən deyərdim düşüncəsiz addımdır.
Xəstəxanalarda növbənin çoxluğu və söz-söhbətin əsas səbəbi ən çox elə kadr çatışmazlığıdır.
Yüzlərlə adam bir rentgen, bir USM növbəsi gözləyir. Saat 15:00 olan kimi isə, istəyir xəstə ölsün, fərqi yoxdur. Həkim gedəcək. Qınamıram da. Yorulurlar. Hər gün hər cür adamlarla rastlaşırlar.
Mən keçən dəfə sizə demişdim, Xətaidə poliklinikalardan birində radioloq kursa getmişdi, iki ay rentgen işləmədi. Çünki əvəz edəcək başqa radioloq yox idi. İndi də nəyin bahasına olursa-olsun büdcəni doldurub, "sağol" almaq istəyən hörmətli nazirimiz xəstəxana direktorlarına konkret say verib, tapşırıb ki, bu qədər işçini ixtisar etməlisən. Onlar da qalıb naçar...
TƏBİB də xəstəxanada istifadə olunan preparatların, ləvazimatların, şəkər dərmanlarının və sair kimi digər çatışmazlığın başını buraxıb, düşüb ağxalatlıların üstünə.
"Şakaya pul lazımdır". Vəssalam... ?
Müəllif: Jalə Əliyeva - "DİA-AZ"
Geri qayıt |