Əsas Səhifə > Ana xəbər / Güney Press > Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar!

Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar!


Bu gün, 10:52

Bakının mərkəzində qanunsuzluq pik həddə: Heydər Əliyev Mərkəzinin yanında binanın damını "özəlləşdirdilər"

Bakının mərkəzində, paytaxtın vizit kartı sayılan Heydər Əliyev Mərkəzinin bir addımlığında –,Həsənoğlu küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında dövlətin şəhərsalma siyasətinə və qanunlarına açıq-aşkar meydan oxunur. Məşhur "Nezih" restoranının düz arxasındakı hündürmərtəbəli binanın damında aparılan irimiqyaslı qanunsuz artırma işləri sakinlərin təhlükəsizliyini ciddi risk altına atıb.
mediatvaz.com

Geri qayıt