Əsas Səhifə > Ana xəbər / Güney Press > İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır...
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır...Bu gün, 07:20 |
|
Qalibafın Bakı səfərindən sonra İran vitse-prezidenti Seyid Həmid Purməhəmmədi Ermənistanı ziyarət edib. "DİA-AZ" xəbər verir ki, iranlı nümayəndə əvvəlcə baş nazir Nikol Paşinyanla daha sonra onun müavini Mqer Qriqoryanla görüşüb. Görüşdə tərəflər sərhəd keçid məntəqələrinin modernləşdirilməsi və buraxılış imkanlarının genişləndirilməsini müzakirə ediblər.
Mqer Qriqoryanın görüş zamanı Ermənistanın gələcəkdə İranla dostlu münasibətlərini inkişaf etdirməyə hazır olduğunu deyib.
İranın dövlət agentlikləri Purməhəmmədinin Ermənistana Kacaran tunnelinin açılışı üçün gəldiyini yazıblar. Bu tunel İran şirkətləri tərəfindən tikilib.
Qriqoryan Ermənistanın Azərbaycanla delimitasiya, demarkasiya və digər infrastruktur məsələləri ilə bağlı əsas səlahiyyətli nümayəndəsidir. TRİPP - Tramp yolu marşrutu ilə bağlı məsələlərin reallaşdırılmasında da o yaxından iştirak edir. İran tərəfi artıq TRİPP-ə dolayı olaraq etirazını bildirib və bölgədə ABŞ qüvvələrinin yerləşdirilməsinə qarşı olduğunu bildirib. Lakin Ermənistan TRİPP-in İranın təhlükəsizliyi ilə əlaqəli heç bir təhdid yaratmadığını, bölgədə sülhə hesablandığını bildirib. Azərbaycan da özünü Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək bu yolun açılmasını dəstəkləyir. Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması məsələsini həll edəcəyinə ümid edir.
Bununla belə TRİPP-ə İranda ikili yanaşma mövcuddur. Hakimiyyətdə reformist qanadı təmsil edən prezident Məsud Pezeşkian yolun açılmasının İran tərəfindən dəstəklənə biləcəyini ABŞ, İsrail-İran müharibəsindən az əvvəl bildirib. Mühafizəkar qanada yaxın olan qruplar o cümlədən spiker Məhəmməd Baqer Qalibaf zaman-zaman bu planla bağlı tənqidlər səsləndiriblər. Müharibə fonunda hakimiyyət daxilində nüfuzu artan Qalibaf ötən həftə Bakıda olub, lakin onun burada TRİPP-lə bağlı müzakirələr aparıb-aparmadığına dair rəsmi açıqlamalarda məlumat verilməyib. Bunun əvəzində o, prezident Əliyevlə görüşündə müharibə dövründə Azərbaycanın tutduğu mövqeyə görə ona təşəkkür edib.
Geri qayıt |