Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu istidə başımızı hara qoyaq?..
Bu istidə başımızı hara qoyaq?..Bu gün, 01:32 |
|
Anomal istilər davam etdikcə bərpaolunan enerjiyə keçidin əhəmiyyətinin yeni aspekti ortaya çıxır. Təkcə iqlim böhranını ciddiyə almaqdan söhbət getmir. Anomal istilərdə ənənəvi elektrik şəbəkəsinin əsaslandığı termal elektrik enerjisi stansiyaları ciddi əziyyət çəkir. Havanın sıxlığı azaldığı üçün yanma prosesinin səmərəliliyi aşağı düşür. Bu bəs deyil kimi, soyutma sistemlərinin səmərəliliyi aşağı düşür, həm hava istidir həm soyutma sisteminə daxil olan su daha istidir. Kömür elektrik stansiyaları bu şərtlərdən daha çox əziyyət çəkir. Nüvə elektrik stansiyaları təhlükəyə tolerantlığı daha az olduğu üçün daha tez önləyici tədbirlər görülür. Önləyici tədbir isə ya stansiyanı daha az gücdə işlətməkdir ya da tam dayandırmaq. Amma belə havalarda ölkə üzrə soyutma sistemləri tam gücü ilə işlədiyi üçün elektrik enerjisinə tələbat artır. Nəticədə ənənəvi şəbəkələr ciddi stressə düşür. Bir çox müəssisələrə məcburi dayanmaq əmri verilir. Bu bəs etməyəndə Elektrik enerjisinin verilməsində fasilə yarananda ya önləyici tədbirlər allnmadıqda və ya effektiv olmadıqda yaşayış məntəqlərinə elektrik enerjisinin verilməsində fasilə yarananda bu artıq sağlamlıq riskidir. İstidən insanlar ölür. Bəlkə xəsarət alır yazaq. Yox yaz ölür. Hamı yox day. Ölənlər olur.
Belə isti havalarda külək enerjisi də minimala düşür. Su elektrik stansiyalarında su axını da minimala düşür. Şəbəkənin ən çətin vaxtlarıdır belə isti havalar.
Fransa istidən 4 nüvə stansiyasını tam dayandırdı. Böyük Britaniya da bir neçə qaz elektrik stansiyasını dayandırıb. Normalda 10%-ə yaxın Fransadan elektrik enerjisi alan Böyük Britaniya təhlükəyə yaxınlaşır. Artıq ilkin xəbərdarlıqlar edilib.
Çıxış yolu nədir? Daha çox günəş enerjisi və batareylar. Günəş paneli olan binalar həm də daha az qızır. Hər tərəfli xeyirdir. Anomal istilərdə günəş panelləri də bir az zəifləsə də ortlamadan çox enerjis istehsal edir.
Günəş enerjisi və batareyalar global enerji səbətini 80%+ təşkil edəcək. Təkcə elektrik enerjisi istehsalının yox. Bütün enerjinin. Uzağı 2050-ci ilə kimi...
Müəllif: Cavid Qara - "DİA-AZ"
Geri qayıt |