Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı...

Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı...


Bu gün, 01:19

İmam Hüseyn padişah və ya separat bir dövlətin rəhbəri olmayıb ki, adına bayrağı olsun.
Bu gün fərqli-fərqli bayraqlar qaldırıb, adını "Hüseynin bayrağı", "Əbbasın bayrağı" qoyurlar. O dövrlərdə bayraq sadəcə döyüş meydanında ordu birliklərinin seçilməsi, əsgərlərin çaşıb bir-birlərini qırmaması və kimin harada olduğunu bilmək üçün istifadə edilirdi. Hansısa xüsusi standart olmayıb, nə tapıblar onu qaldırıblar.
Qara bayraq Abbasilərin tez-tez istifadə etdiyi döyüş bayrağı idi. Düşmən qarşı tərəf olan Əməvilər ağ bayraqla hücum etdikləri üçün Abbasilər onlardan tam seçiləcək bir rəng (qara) müəyyənləşdirmişdilər.
Bayrağı dövlət rəmzi kimi geniş istifadə edən, yüz illər sonra Səlcuqlular olub, lakin o dövrdə də bu məsələ indiki qədər ciddi xarakter daşımırdı.
Söhbət rəsmi, hüquqi baxımdan müəyyən edilmiş dövlət bayrağından gedirsə, bu ənənə İslam dünyasında 19-cu əsr Osmanlısı və Qacarlar imperiyası dövründə formalaşıb.
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı...
Müəllif: Orxan Atabəy - "DİA-AZ"

Geri qayıt