Əsas Səhifə > Ana xəbər / Güney Press > İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlikBu gün, 11:42 |
|
Vatikandan Azərbaycana gələn nümayəndə heyəti Əlyazmalar İnstitutunda saxlanılan dahi Azərbaycan şairi Nizami Gəncəvinin nadir əlyazması ilə tanış olub. Publika.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qonaqlara Nizami Gəncəvinin vəfatından sonra günümüzə qədər gəlib çatan, XIV əsrə aid ən qədim əlyazmalardan birini nümayiş etdirib. Lakin əlyazmanın təqdimatı zamanı diqqətçəkən məqam yaşanıb. Aakademik əlyazmanı vərəqləyərkən kifayət qədər ehtiyatlı davranmayıb. Bu isə qədim əlyazmaların qorunması qaydalarına xüsusi həssaslıqla yanaşan Vatikan nümayəndələrinin narazılığına səbəb olub. Nümayəndə heyətinin üzvləri əvvəlcə əlyazmanın daha ehtiyatla və asta şəkildə vərəqlənməsini xahiş ediblər. Həmin xəbərdarlıqdan sonra da eyni davranış təkrarlanıb və qonaqlar bu məsələyə yenidən irad bildiriblər. “Belə əlyazmaları çox ehtiyatla vərəqləmək və masanın üzərinə diqqətlə qoymaq lazımdır”, - deyə nümayəndə heyətinin üzvlərinin qeyd ediblər. Daha sonra Vatikan nümayəndələri nadir əlyazmanı özləri xüsusi ehtiyat və həssaslıqla vərəqləyərək onunla tanış olublar. Həmin görüntüləri təqdim edirik: https://t.me/publika_az1/48426 Geri qayıt |