Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldıBu gün, 10:06 |
|
Ermənistanın Baş Prokurorluğu "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatəti Mərkəzi Seçki Komissiyasına (MSK) göndərib. Modern.az xəbər verir ki, məlumatı Ermənistan MSK-nın mətbuat xidməti “Sputnik Ermənistan”a təsdiqləyib. Qurum vəsatətin hansı cinayət işi çərçivəsində təqdim olunduğunu açıqlamayıb. Bir sıra KİV-lərin məlumatına görə, məsələ iyunun 26-da Ermənistan Konstitusiya Məhkəməsi 7 iyun parlament seçkilərinin nəticələrinə etiraz edən siyasi qüvvələrin müraciətlərini müzakirə etdikdən sonra nəzərdən keçirilə bilər. Geri qayıt |