Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu icra başçıları yola salına bilər, yerinə isə...
Bu icra başçıları yola salına bilər, yerinə isə...Bu gün, 11:28 |
|
Azərbaycanda bir sıra şəhər və rayon icra hakimiyyəti başçıları artıq 65 yaş həddinə çatsa da, onların vəzifədə qalması cəmiyyətdə müzakirələrə səbəb olur. Qanunvericilikdə dövlət qulluğu və pensiya yaşı ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, bu qaydaların icra hakimiyyəti başçılarına necə tətbiq olunduğu sual doğurur.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycanda yaş həddi məsələsində bəzən fərqli yanaşmalar müşahidə olunur:
Hesab edirəm ki, bu məsələdə vahid prinsip tətbiq olunmalıdır. Əgər yaş həddi ilə bağlı məhdudiyyətlər mövcuddursa, həmin qaydalar hər kəsə eyni şəkildə şamil edilməlidir. Ayrı-seçkiliyə yol verilməsi doğru deyil. Əgər yaş həddi tətbiq edilirsə, 65 yaşa çatan hər bir vəzifəli şəxs tutduğu postla vidalaşmalı olduğunu bilməlidir”.
“Məsələn, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev 80 yaşdan yuxarı olmasına baxmayaraq rəhbər vəzifədə fəaliyyət göstərirdi. Bu cür nümunələr digər məmurlarda da vəzifədən ayrılmamaq meylini gücləndirir.
Geri qayıt |