Əsas Səhifə > Ana xəbər / Güney Press > 1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR

1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR


Bu gün, 06:24

“Gəncə Sukanal” Törəmə ASC (VÖEN: 2300446411) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qoşulur.

"DİA-AZ" xəbər verir ki, bu qoşulma ilə ASC ləğv edilir. Şirkətin ləğv edilməsi ilə bağlı kreditorlar Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi 76a ünvanında yerləşən “Gəncə Sukanal” Törəmə ASC-yə müraciət edə bilərlər.

Qeyd edək ki, “Gəncə Sukanal” Törəmə ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 7 milyon 673 min manat olan şirkətin qanuni təmsilçisi Verdiyev Şöhrəddin Eldar oğludur. Şirkətin cari vergi borcu 932 min 675 manatdır.


Geri qayıt