Əsas Səhifə > Ana xəbər / Güney Press > İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ...
İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ...Bu gün, 11:46 |
|
Sürücülər deyirlər ki, 10 gündən çoxdur sərhəddə gözləyirlər:
“Naxçıvana ərzaq aparan 100-dən çox TIR İran Culfasında gözlədilir. Səs çıxaran kimi İran polisi gəlir, bizi hədələyir, pasportumuzi alıb qaytarmır. 10 gündən artıqdır buradayıq. Bunu qəsdən edirlər. Bizə deyirlər ki, Naxçıvanı acından qıracağıq”.
Sürücülərin sözlərinə görə, yük maşınları tentli və soyuducusuz olduğu üçün ərzaqlar isti havada yararsız hala düşmək üzrədir:
“Un, buğda, arpa və şəkər tozu gətiririk. Saxlanma temperaturu və şəraiti uyğun deyil. Hazırda isti havada yük məhv olmaq üzrədir. Ərzaq gətirən maşınlar dərhal buraxılmalıdır. Bu dünyanın hər yerində belədir. İran Culfasındakı gömrükçülərə deyirik, cavab verirlər ki, gözləyin. Özümüzü də səhralıqda gözlədirlər. Bu istidə cəhənnəm əzabı yaşayırıq”.
Geri qayıt |