|
Köçəryan və Sarkisyan cütlüyünün rəhbərliyi altında 90-cı illərin əvvəllərində Qarabağ və ətraf rayonlar işğal edilmişdi. Ermənilər üçün bu, "tarixi qələbə" idi. Paşinyanın hakimiyyəti dönəmində isə Qarabağ bütövlükdə Azərbaycanın nəzarətinə keçdi. Bu isə ermənilər üçün böyük tarixi məğlubiyyət demək idi. Amma maraqlıdır ki, Ermənistanda keçirilən son seçkilərdə erməni xalqı Köçəryan və Sarkisyan cütlüyünə yox, məhz Paşinyana səs verdi. Bu, çox düşündürücü bir məsələdir. Qarabağ ermənilər üçün 100 ildən çox idi ki, tarixi hədəf və amala çevrilmişdi. Son yüz ildə bu torpaqlar üstündə azərbaycanlılar və ermənilər arasında dəfələrlə müharibə və münaqişələr baş vermişdi. Bəs necə oldu ki, erməni xalqı Qarabağ "fatehlərinə", "işğalçı qəhrəmanlara" deyil, Qarabağı biabırçı şəkildə uduzan şəxsə səs verdi? Bu, dərindən araşdırılması və ondan nəticə çıxarılması vacib olan bir məqamdır.
Müəllif: Şahin Nəcəfov - "DİA-AZ"
Geri qayıt
|