Əsas Səhifə > Ana xəbər / Güney Press > Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ

Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ


Bu gün, 20:00

"Suraxanıda 3 gündür su yoxdur. Bu problem rayonun hər yerində yaşanır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Cavanşir Abbaslı qeyd edib.

O daha sonra müraciətində belə davam edir: "Xəzər İnşaat 1-də vəziyyət olduqca ağırdır. Artıq 650 tonluq ehtiyat su tükənir. Məsul şəxslər bu gedişlə onun da tam bitəcəyini deyərək su vermirlər. Qarşıdakı günlərdə də problemin yaşana biləcəyini bildirirlər. 
İsti yay günlərində insanlar nə etməlidir?

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev hara baxır? Hesab oluna bilər ki, bu problemin məsuliyyətini başqa qurum daşıyır. Xeyr, elə deyil. Birbaşa problemin kökündə Adil müəllimin məsuliyyətsiz aparatı dayanır...

Bu yaxınlarda icra başçısına töhmət verildi. Bu azdır, birbaşa vəzifəsindən kənarlaşdırılmalıdır!!!
AzərSu-ya zəng edirsən, 10 dəqiqədən sonra cavab verirlər və həmin müddətdə sənin 5 manata yaxın konturun gedir. Bu nə biabırçılıqdır? Sonunda həm vətəndaş problem yaşayır, şikayətini edəndə də cibinə soxulurlar. İtirən yenə vətəndaş olur...
Adil müəllim, bu insanlara yazığın gəlsin. Bilirik, lüks villalarınızda bu cür problemləri yaşamadığınız üçün bizləri anlaya bilməzsiniz, amma yenə də eyni ölkənin vətəndaşlarıyıq. Bunu qəti unutmayın!.."


Geri qayıt