Əsas Səhifə > Ana xəbər / Güney Press > Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR?
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR?Bu gün, 08:24 |
|
""Oğlan"lar da var, şərait yaradan da. ...Şiddətli töhmətdən yüksəlişə-mədəniyyətimizi aşağılanaynlar kimlərdir?" "DİA-AZ" xəbər verir ki, bu ritorik sualla çıxış edən ictimai fəal Elçin Əliyev olduqca ilginc məqamlara toxunub.
O, özünün sosial şəbəkə hesabında bildirir: "...Ucar rayon Təhsil sektorunun ŞİDDƏTLİ TÖHMƏT alan sabiq müdiri Rahib Burcəliyevi Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə rəis müavini təyin etmək növbəti dəfə ölkə mədəniyyətini təhqir etmək deməkdir.
Fizika-riyaziyyat müəllimi olan bu "növcavan" mədəniyyətə hansı töhfəni verə bilər? Xalqı bu qədər dolamaqla nəyə nail olmaq istəyirsiniz, cənab nazir? Belə əndirabədi addımlarla xalqa, dövlətə xidmət etdiyinizi zənn edirsiniz, yoxsa?.."
Geri qayıt |