Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə

Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə


Bu gün, 04:04

Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran vətəndaşlara təlimlərin keçirilməsi xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub.

32gun.az-ın əldə etdiyi məlumata görə, bu satınalma müsabiqəsinin qalibi "Azərbaycan Menecment və İnvestisiya Korporasiyası" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 8502821351) seçilib. Layihənin icrası üçün tərəflər arasında imzalanan rəsmi müqavilənin ümumi maliyyə dəyərinin rəsmi portallarda qəribə şəkildə 0 AZN olaraq göstərilməsi isə diqqət çəkib.


Geri qayıt