Əsas Səhifə > Ana xəbər / Güney Press > İrandakı rejim nə qədər ki ayaqdadır...

İrandakı rejim nə qədər ki ayaqdadır...


Bu gün, 03:17

Möctəba Xamenei deyib ki, ABŞ ilə razılaşmaya icazə vernişəm. Guya dünya bilmir ki, Möctəba İranda söz sahibi deyil. Müharibədən bəri ortada görünməyib, amma guya qərarlar verir. Möctəba Xamenei deyəndə SEPAH başa düşülməlidir. Çünki indiki ali rəhbəri idarə edən məhz SEPAH-dır. İranda niyəsə elə bilirlər ki, dünya bunların hər dediyinə inanır. Hələ razılaşmanı bayram etməkləri ayrı tragikomediyadır. Nəyi və niyə bayram edirlər? Öldürülən və 3 aydır basdıra bilmədikləri Əli Xameneiyə və ya digərlərinə görə, dağdılan şəhərlərinə görə, yoxsa çökən iqtisadiyyatlarına görə? İran üçün sağ qalmaq rejimin çökməməsidir. Bəli, Tramp bu məsələdə uduzdu. Müharibənin ilk günü məqsədinin bu olduğunu demişdi. Nail ola bilmədi. Digər istəklərinə də nə dərcədə nail olduğu mübahisə mövzusudur. İranın yeganə qələbəsi məhz rejimin sağ qalmasıdır. Bunu bayram etməyə dəyərmi? Hər halda İran xalqı daha yaxşı bilər. İrana baxanda qəbilə dövlət təsiri bağışlayır. Bu qədər qədim tarixin ola, amma dünyaya özünü bu cür tanıdasan. Bu rejimlə İran təəssüf ki, tarixdə yalnız belə qalacaq. Və bu rejim var olduqca, Azərbaycan üçün hər zaman təhlükə olacaq.

Allah Azərbaycanı İrandan qorusun...

Müəllif: Nigar Sabirqızı - "DİA-AZ"


Geri qayıt