Əsas Səhifə > Ana xəbər / Güney Press > Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olunduBu gün, 15:48 |
|
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri işdən çıxıb. Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri Yalçın Sakit oğlu Niftiyev vəzifəsindən ayrılıb. O, 2024-cü ildən bu vəzifədə çalışırdı. Agentliyin Hüquq departamentində isə yeni təyinat olub. Əsəd Nazim oğlu Əliyev adıçəkilən departamentin Məhkəmə mübahisələri və qərarların icrasına nəzarət şöbəsinin müdiri təyin edilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işdən çıxan departament müdiri Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifəyə təyin olunub. Y.Niftiyev SOCAR vitse-prezidentinin müavini təyin edilib. unikal.az Geri qayıt |