Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Bakıya müraciət etdi, Azərbaycandan qaz alırlar
Paşinyan Bakıya müraciət etdi, Azərbaycandan qaz alırlarBu gün, 10:52 |
|
Azərbaycan Ermənistana qaz tədarük edə bilər. Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Nəşrin iddiasına görə, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya qazının qiymətinin qalxması ehtimalına qarşı alternativ kimi Azərbaycan tərəfi ilə əlaqə saxlayıb və tədarükə dair Bakıdan müsbət cavab alıb: “Ermənistan hökumətindəki mənbələrimiz bunun necə həyata keçiriləcəyi barədə əlavə detal verməyiblər. Hökumət və hökumətyönlü dairələr qaz idxalı məsələsində alternativin Azərbaycan ola biləcəyini gizlətmirlər”. Geri qayıt |