Əsas Səhifə > Ana xəbər / Güney Press > Tələbənin pulunu mənimsədi, özünü də blok etdi
Tələbənin pulunu mənimsədi, özünü də blok etdiBu gün, 10:47 |
|
“lovegift.baku” adlı “İntagram” satış səhifəsi dələduzluqla müştərilərin pulunu mənimsəyir. "DİA-AZ" xəbər verir ki, bu barədə pravda.az-a şikayət ünvanlayan tələbələrdən biri bildirib ki, o, “lovegift.baku” səhifəsindən 90 manat dəyərində “İnstax mini 12” kamera sifariş edib.
O, pul köçürərkən müştərinin öz bankının mobil hesabının görüntülərini də tələb edib. Müştəri görüntüləri göndərməyib, lakin 90 AZN satış səhifəsinin hesabına yükləyib.
Əvvəlcə çaşqınlıq yaşadığını deyən vətəndaş yanlış anlaşılma olduğunu zənn edərək səhifənin satıcısından pulun hesaba köçüb-köçmədiyini öyrənmək üçün başqa nömrədən əlaqə saxlamağa çalışıb. Lakin həmin nömrə də satıcı tərəfindən blok edilib. “lovegift.baku” “Instagram” səhifəsində hələ də “satış xidməti” davam edir. Geri qayıt |