Əsas Səhifə > Ana xəbər / Güney Press > Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…Bu gün, 07:32 |
|
Qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur. Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı-Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Axar.az xəbər verir ki, bu sözləri vəkil, professor Fərhad Mehdiyev qızının ölümü ilə bağlı qeyd edib. “Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı. Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır. Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk. Bu yazının altında "Allah rəhmət eləsin" də yazmayın. O deyil. Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik. Səni çox istəyirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək”, - professor bildirib. Geri qayıt |