Əsas Səhifə > Ana xəbər / Güney Press > “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik”
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik”Bu gün, 11:42 |
|
Erməni siyasətçi Hmayak Hovhannisyan Qarabağ məsələsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Tribuna.az xəbər verir ki, o, bu məsələnin Ermənistana hansı ziyanlar vurduğunu qeyd edib. O deyib ki, vaxtıyla “Qarabağ hərəkatı”da olub. Lakin bunun yanlış olduğunu görərək, uzaqlaşıb. “Məndən soruşurlar ki, 1988-ci ildə ermənilər Karen Demirçyana qulaq asıb “Qarabağ hərəkatı”nı başlamasaydı nə olardı. İcazə verin cavab verim. Qarabağ bu rolun bütün üstünlüklərindən yararlanaraq öz muxtariyyətini saxlayacaq və Azərbaycanla Ermənistan arasında körpü olacaqdı”. O yazıb ki, qondarma hərəkat olmasaydı, neft-qaz kəmərləri Gürcüstandan deyil, Ermənistandan keçəcəkdi ki, bu da İrəvana Qarabağ ermənilərinin Azərbaycana təhlükəsizliyi və rifahı üçün şərtlər diktə etməyə imkan verəcəkdi. “Qarabağ çiçəklənəcək, ermənilər çoxalacaq və Azərbaycanda muxtar dövlətçiliyə malik yeganə xristian icması kimi öz hüquqlarını iddia edəcəkdilər. Zoribalayanlara, Demirçyana qulaq asdığımıza görə Azərbaycanda Ermənistan statusunu itirdik”. Geri qayıt |