Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA

Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA


Bu gün, 07:33

Ötən gün İrəvandan qaçarkən saxlanılan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın ölkədən çıxışına qadağa qoyulub.

Globalinfo.az xəbər verir ki, bunu Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan açıqlayıb.

O bildirib ki, Köçaryan “Zvartnots” hava limanında səbəb izah edilmədən saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu açıqlanıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan seçkidən sonra Köçəryan-Sərkisyan tandemi ilə bağlı cinayət işinə yenidən baxılacağını anonsunu vermişdi. Paşinyanın yaxın müddətdə sözügedən şəxslərlə bağlı mühüm qərarlar verəcəyi gözlənilir.


Geri qayıt