Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan xaricdə təhsil alan ermənilərə jest...

Paşinyan xaricdə təhsil alan ermənilərə jest...


Bu gün, 08:17

Nikol Paşinyan dünyanın aparıcı universitetlərini bitirən erməniləri işə dəvət etdi. "DİA-AZ" bu barədə Ermənistan KİV-nə istinadən xəbər verir.
Ermənistanın Bas nazirinin müraciətində deyilir:
"Dünyanın aparıcı universitetlərinin əziz məzunları!
Sizi Ermənistan Respublikası Hökumətinin kadr bankina qoşulmağa dəvət edirəm.
Dəvətnaməm QS Dünya Universitetləri Reytinqinə, Times Higher Education (THE) və ya Dünya Universitetlərinin Akademik Reytinqinə (ARWU, Shanghai Reytinq) görə dünyanın ən yaxşı 200 universitetindən birini bitirmiş və Ermənistan Respublikasının dövlət idarəetmə sisteminə töhfə verməyə hazır olanlara ünvanlanıb.
Maraqlanırsınızsa, xahiş edirik CV-nizi talent@gov.am ünvanına göndərin.
CV-nizə bir səhifədən çox olmayan motivasiya məktubu əlavə olunmalıdır. Ərizələrin birinci mərhələsi 15 iyun - 15 iyul 2026-cı il tarixləri arasında keçiriləcək.
İlkin namizədlər görüşə dəvət olunacaqlar. Kadr bankına daxil olan şəxslərə növbəti il ​​ərzində konkret vakansiyalar təklif olunacaq".

Geri qayıt