Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın deputat yerləri təhlükədə: yeni hesablamalar...

Paşinyanın deputat yerləri təhlükədə: yeni hesablamalar...


Bu gün, 06:27

Ermənistanda parlament seçkilərinin nəticələri ətrafında mübahisələr səngimir.

Musavat.com xəbər verir ki, "Sputnik Ermənistan"ın məlumatına görə, tanınmış vəkil Aram Orbelyan Mərkəzi Seçki Komissiyasının iki seçki məntəqəsinin nəticələrini ləğv etməsi ilə bağlı qərarından şikayət hazırlandığını bildirib.

Onun sözlərinə görə, ya MSK-nın qərarı ləğv edilməli, ya həmin məntəqələrdə, ya da bütün ölkə üzrə təkrar səsvermə keçirilməlidir.

Orbelyan digər seçki məntəqələrində qeydə alınan pozuntuların da araşdırıldığını və nəticələrin Konstitusiya Məhkəməsində mübahisələndiriləcəyini bildirib.

O qeyd edib ki, seçkilər saxtalaşdırılıb.

Politoloq və “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd Suren Surenyants isə bildirib ki, hətta mübahisəli üç seçki məntəqəsində təkrar səsvermə keçirilməsə belə, partiya parlamentə keçid baryerini aşır.

Onun hesablamalarına görə, “Vətəndaş Müqaviləsi” 61, “Güclü Ermənistan” 28, “Ermənistan” bloku 11, “Çiçəklənən Ermənistan” isə 5 mandat əldə edir.


Geri qayıt