Əsas Səhifə > Ana xəbər / Güney Press > Vüsal Aslanovun müşaviri AZCON-un layihə rəhbəri təyin edilib
Vüsal Aslanovun müşaviri AZCON-un layihə rəhbəri təyin edilibBu gün, 15:29 |
|
AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) layihə rəhbəri təyin edilib. Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə İnarə Vəliyevaya həvalə olunub. Qeyd edək ki, İ.Vəliyeva eyni zamanda “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviridir. O, bundan öncə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri olub. Xatırladaq ki, AZSET proqramı AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı ilə təsis edilən AzTU-nun nəzdində fəaliyyət göstərən təhsil proqramıdır. Geri qayıt |