Əsas Səhifə > Ana xəbər / Güney Press > "KTMT-nin Türkiyəni "təhlükə" kimi təqdim etməsinin bir neçə səbəbi var"
"KTMT-nin Türkiyəni "təhlükə" kimi təqdim etməsinin bir neçə səbəbi var"Bu gün, 09:32 |
|
Avropa İttifaqı, ABŞ və Türkiyənin Qafqaz ölkələrinə artan təsiri regionda daha da böyük gərginlik mənbəyi yaradacaq. TASS xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini Valeri Semerikov bildirib. O, MDB ölkələrinin antiterror strukturlarının əsas bölmələrinin rəhbərlərinin terrorizm və ekstremizmə qarşı mübarizə səylərini əlaqələndirən Birlik ölkələrinin milli strukturlarının rəhbərlərinin 19-cu iclasında çıxış edib. Semerikovun sözlərinə görə, KTMT-nin qərb sərhədlərində vəziyyət xüsusilə gərgindir: "Bu istiqamətdən əsas təhlükə Avropadan gəlir” KTMT rəsmisinin bu açıqlaması əslində regiondakı reallığı deyil, daha çox geosiyasi narahatlığı əks etdirir. Bu gün Cənubi Qafqazda təsir uğrunda mübarizə açıq fazaya keçib və Rusiya əvvəlki dominant mövqeyini qorumaqda çətinlik çəkir. Aİ, ABŞ və Türkiyənin regionda fəallaşması “təhlükə” yox, əksinə, yeni güc balansının formalaşmasıdır. Bu balans isə təkcə rəqabət deyil, eyni zamanda alternativlər və seçim imkanları yaradır. Semerikovun “təhlükə Avropadan gəlir” fikri daha çox siyasi mesaj xarakteri daşıyır. Çünki real təhlükə xarici aktorların artması deyil, region ölkələrinin bu rəqabəti düzgün idarə edə bilməməsidir. Əgər balans qorunarsa, bu proses gərginlik yox, inkişaf və sabitlik üçün də imkan yarada bilər. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, Cənubi Qafqaz artıq təkqütblü təsir zonasından çıxıb. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, Cənubi Qafqaz artıq təkqütblü təsir zonasından çıxıb. Regionda paralel olaraq bir neçə güc mərkəzi fəaliyyət göstərir. Rusiya (KTMT və ənənəvi təsir alətləri ilə) və Qərb (Aİ və ABŞ vasitəsilə), Türkiyə (siyasi, hərbi və iqtisadi əməkdaşlıqla). Bu isə təbii olaraq rəqabəti artırır. Amma bu rəqabət mütləq “gərginlik” demək deyil — düzgün balans qurularsa, əksinə, region üçün yeni imkanlar da yarada bilər. Semerikovun açıqlaması daha çox mövcud güc mübarizəsinin bir tərəfinin baxışını əks etdirir. Reallıq isə daha mürəkkəbdir: Qafqazda gərginlik təkcə xarici təsirdən yox, həm də region ölkələrinin öz siyasi qərarlarından asılıdır. Semerikovun açıqlamasında xüsusi diqqət edilməli və sual yaradan Türkiyənin də təhlükəli hədəf hesab edilməsidir. KTMT niyə Türkiyəni hədəf göstərdi? Ekspert hesab edir ki, bununla belə, Semerikovun fikirlərini obyektiv reallığın tam təsviri kimi qəbul etmək düzgün olmazdı: “Türkiyə hazırda Cənubi Qafqazda bir çox ölkələr tərəfindən təhlükə mənbəyi kimi deyil, iqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində tərəfdaş kimi qəbul edilir. Ankara həm Azərbaycanla strateji müttəfiqdir, həm də Ermənistanla münasibətlərin normallaşdırılması prosesində iştirak edir. Ona görə də KTMT rəsmisinin Türkiyəni hədəf göstərməsi daha çox təhlükəsizlik risklərinin obyektiv qiymətləndirilməsindən deyil, Rusiyanın regionda azalan təsirindən doğan geosiyasi narahatlığın ifadəsi kimi görünür”. Geri qayıt |