Əsas Səhifə > Ana xəbər / Güney Press > “Facebook”, “İnstagram” və “WhatsApp” 3 ay sonra Azərbaycanda bağlana bilər?

“Facebook”, “İnstagram” və “WhatsApp” 3 ay sonra Azərbaycanda bağlana bilər?


Bu gün, 16:49

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılan elektron qeydiyyat sistemi vasitəsilə artıq 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilir ki, qeydiyyatdan keçən şirkətlər sırasında “Apple”, “Adobe”, “Sony Interactive Entertainment”, “Epic Games”, “Chess.com” və digər beynəlxalq səviyyədə tanınmış rəqəmsal platformalar yer alır.
Cari ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.
Qeyd olunur ki, dəyişikliklərin məqsədi beynəlxalq rəqəmsal platformalar üçün vergi öhdəliklərinin yerinə yetirilməsini sadələşdirmək, bərabər rəqabət mühiti yaratmaq və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.
Məlumatda həmçinin bildirilir ki, vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarından elektron xidmətlər əldə edilərkən ƏDV artıq alıcıların hesabından banklar tərəfindən tutulmur. Qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Qanunvericiliyin tətbiq dairəsi yalnız elektron formada iş və xidmətlərin təqdim edilməsini əhatə edir. Fiziki malların satışı, eləcə də elektron platformalar vasitəsilə məhsulların sifarişi və çatdırılması bu tənzimləmənin əhatə dairəsinə daxil deyil.
Məlumat üçün bildirək ki, Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən şirkətlərdən biri də “Facebook”, “İnstagram”, “WhatsApp” kimi rəqəmsal platformalara sahib olan “Meta” şirkətidir. Dövlət Vergi Xidmətinin açqıladığı qeydiyyatdan keçən şirkətlər siyahısında “Meta” şirkəti yoxdur.


Geri qayıt