Əsas Səhifə > Ana xəbər / Güney Press > Lavrov Ermənistanın KTMT və Aİİ üzvlüyündən danışıb
Lavrov Ermənistanın KTMT və Aİİ üzvlüyündən danışıbBu gün, 15:12 |
|
KTMT Ermənistanın təşkilatdan mümkün xaric edilməsi məsələsi nəzərdən keçirəcək. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Ermənistan artıq Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun qəbul edib, buna görə də Ermənistanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvlük məsələsi təcili olaraq həll olunmalıdır. Lavrov vurğulayıb ki, Ermənistan NATO ilə əməkdaşlığı fəal şəkildə genişləndirir. Rusiya XİN rəhbəri qeyd edib ki, KTMT xarici işlər nazirləri Ermənistanın borcu səbəbindən təşkilat üzvünün mümkün xaric edilməsi ilə bağlı maddənin tətbiqini nəzərdən keçirmək barədə razılığa gəlib. Geri qayıt |