Əsas Səhifə > Ana xəbər / Güney Press > Uşaqlarını öldürən anadan sensasion açıqlamalar
Uşaqlarını öldürən anadan sensasion açıqlamalarBu gün, 11:55 |
|
26 yaşlı qadın iki körpə övladını öldürməkdə ittiham edilərək, həbs olunub. Uşaqlardan biri yeni doğulmuş qız uşağı, digəri isə 1 aylıq oğlan olub. Kamilə Bağışzadə evlidir, bu uşaqlardan əvvəl 3 övladı (6 və 5 yaşlarında iki qız və 3 yaşında 1 oğlan) olub. Mülayim Bağışzadə onun 4-cü, digər körpə isə 5-ci övladı idi. Həyat yoldaşı Qadir Bağışov mütəmadi gedib Rusiyada işləməklə ailəsini dolandırır. Kamilə uşaqlarını öldürməsinin səbəbini izah edərkən bildirib ki, 4-cü uşağa hamilə olmasından həyat yoldaşının xəbəri olmayıb. Onun sözlərinə görə, hətta anadan olanda da ona xəbər verməyiblər. Ərinin acıqlanacağından və uşağı saxlamaq istəməyəcəyindən qorxub. Uşaq 2024-cü ilin dekabrında dünyaya gəlib. Maddi vəziyyətləri ağır olduğuna görə onu böyüdə bilməyəcəyini düşünüb və 1 aylıq olanda uşaq xəstələnib. Həmin vaxt düşünüb ki, soyuqdəymədən müalicə alan uşağa “uksus” içirsin. Uşağın soyuqdəymədən vəziyyətinin pisləşməsi barədə baldızına xəbər verib. Onlar uşağı xəstəxanaya aparıblar, orada reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanada Mülayim Bağışzadənin “sətəlcəmdən” dünyasını dəyişməsi barədə rəy verilib və onu aparıb dəfn ediblər. Anasının ona “uksus” içirməsi məsələsi üzə çıxmayıb. Bir il sonra Kamilə Bağışzadənin 5-ci övladı xəstəxanaya gedərkən yolda dünyaya gəlib. Övladlarını öldürməkdə ittiham olunan qadının sözlərinə görə, uşağın qız olduğunu xəstəxanaya çatandan sonra biliblər. Dediyinə görə, əri Qadir Bağışov digər qızları dünyaya gələndə də onları çətinliklə qəbul etmişdi. Ərinin narazılığını nəzərə alaraq, uşağı qız olduğuna görə öldürmək qərarına gəlib. Palatada uşağı boğub öldürüb. Sonra tibb bacısına deyib ki, uşağı yedirəndən sonra körpənin vəziyyəti pisləşib. Lakin ekspertiza uşağın boğulma nəticəsində ölməsi barədə rəy verib. Bundan sonra 2025-ci ildə ölmüş uşağım meyitin də qəbirdən çıxarılmasına (ekskumasiya) qərar verilib və onunla bağlı da ekspertiza keçirilib. Kamilə Bağışzadə həbs olunub. Ona qarşı əvvəl Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsilə ittiham irəli sürülüb. Daha sonra ittiham ağırlaşdırılıb. O, köməksiz vəziyyətdə olan iki nəfəri qəsdən öldürməkdə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, bu ittihamlarla 17 il azadlıqdan məhrum edilib. Onun həyat yoldaşı Qadir Bağışov isə qız uşaqlarını istəməməsi, övladları arasında ayrı-seçkilik qoyması barədə deyilənləri təkzib edib. O bildirib ki, Kamilənin 4-cü övladına hamilə olmasını bilməyib. Çünki həmin vaxt Rusiyada olub. Uşaq dünyaya gələndən sonra məlumatı olub. Sonra ona uşağın öldüyü xəbər verilib. 5-ci uşağa gəlincə, Kamilə onu abort elətdirmək istəyib. Lakin həmin vaxt “Məhərrəmlik ayı” olduğuna görə bunu eləməyiblər. Geri qayıt |