Əsas Səhifə > Ana xəbər / Güney Press > Tələbə BDU-da məcburi mantiya satışına etiraz edir
Tələbə BDU-da məcburi mantiya satışına etiraz edirBu gün, 11:35 |
|
Bakı Dövlət Univeristetinin (BDU) rəhbərliyi haqqında ilginc iddia yayılıb. Tribuna.az xəbər verir ki, Alisa Poliker adlı sosial şəbəkə istifadəçisi bununla bağlı paylaşım edib. O yazıb ki, BDU-da məzun tələbələrə mantiyanı özləri satırmış. “3 manata, 7 manata camaat gedib kirayə götürə biləcəyi bir mantiyanı bunlar 27 manata satırmış. Üstəlik, məzunlara xəbərdarlıq ediblər. Qıraqdan alıb, geyinib gələnləri içəri buraxmayacaqlar”. Pliker adlı istifadə qeyd edir ki, bu zaman tələbələrin maddi imkanlarına əhəmiyyət vermirlər. “Birinin imkanı yoxdur məsələsini qoyuram bir kənara. Bu necə bir hədə-qorxudu? Bir balaca araşdırdım. 6 mindən çox məzun varmış bu il. Eləcə 6 min tələbəni 27 manata vuranda, 162 min manat pul eləyir. Nə məsələdir bu? İçəridə kim paltar zavodu açıb? Kimdi o tək yeyən? Bizə niyə pay yoxdur ondan?” Geri qayıt |