Əsas Səhifə > Ana xəbər / Güney Press > “Rusiyanı rüsvay elədilər, Putin Köçəryan və Karapetyanı cəzalandıracaq”

“Rusiyanı rüsvay elədilər, Putin Köçəryan və Karapetyanı cəzalandıracaq”


Bu gün, 10:51

“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri radikal müzalifət üçün arzuolunmaz, amma gözlənilən oldu”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan deyib.

Sabiq deputat Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının aldığı səsləri gözlənilən və arzuolunan hesab edir:

“Qorxurdum ki, Putin rusiyapərəst qüvvələrin yenidən hakimiyyətə qayıtmasını sadəcə öz istəyi naminə istəmir. Amma erməni xalqı rüşvətə şirniklənmədi. Putin öz əlaltıları Robert Köçəryan və Samvel Karapetyanı resursları israf etdiklərinə, pis işlədiklərinə, uğursuzluqlara və məyusluqlara görə cəzalandıracaq. Onlar cəzalandırılacaqlar, görəcəksiniz. Onlar Rusiyanı rüsvay elədilər. Onlar seçkilərdə iştirak etməməli idilər, çünki ölkəni işğal etmək, müstəqilliyinə son qoymaq istəyirdilər”.

Arşakyan qeyd edib ki, seçicilərin səslərini rüşvətlə oğurlamaq istəyən bu qüvvələrin hamısını həbs olunmalıdır.


Geri qayıt