Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın partiyası parlamentdə konstitusion çoxluğu təmin edir

Paşinyanın partiyası parlamentdə konstitusion çoxluğu təmin edir


Bu gün, 09:58

İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində ən diqqətçəkən məqam Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə düşməməsi oldu. Partiyanın keçid həddini aşması üçün cəmi təxminən 60 səs çatmayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” yazıb.

Nəşr xatırladıb ki, sözügedən partiyanın 2021-ci il seçkilərində də seçki baryerini keçməsi üçün təxminən 1800 səs çatmamışdı:

“Amma bu dəfə “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə düşüb-düşməməsi faktı hakim “Vətəndaş Müqaviləsi” Partiyası üçün daha böyük əhəmiyyət daşıyır. Məsələ ondadır ki, “Çiçəklənən Ermənistan” parlamentə düşməsə, səslərin 49 faizini toplamış “Vətəndaş Müqaviləsi” konstitusion çoxluq əldə edə bilər. Çünki “Çiçəklənən Ermənistan”a verilən səslər boşa çıxacaq və onların hesabına mandatlar “Vətəndaş Müqaviləsi”nə keçəcək. “Çiçəklənən Ermənistan”la bağlı yayılan ziddiyyətli nəticələrin sirri də məhz burada gizlənir.

Mənbələrdən əldə etdiyimiz məlumata görə, əslində, Qaqik Sarukyanın rəhbərlik etdiyi siyasi qüvvə keçid həddini aşıb. Amma hakimiyyət dairələri ona belə bir təklif irəli sürüblər: əgər o, Nikol Paşinyanın “cib müxalifəti” olmağa və lazım gəldikdə, məsələn, konstitusion əhəmiyyətli qurumların rəhbər və üzvlərinin seçilməsi zamanı onun üçün lazımi çoxluq təmin etməyə razılaşsa, parlamentə daxil ola biləcək. “Çiçəklənən Ermənistan” parlamentə düşəcəyi təqdirdə “Vətəndaş Müqaviləs” bu imkandan məhrum olur, çünki ona belə çoxluq üçün 2 səs çatmır. Amma Sarukyan bu təklifi rədd edib. Bundan sonra Mərkəzi Seçki Komissiyası “Çiçəklənən Ermənistan”ın keçid həddini aşmadığını elan edib”.


Geri qayıt