Əsas Səhifə > Ana xəbər / Güney Press > 231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDIBu gün, 12:14 |
|
Keçmiş ADY əməkdaşı və sərnişin Rəsul Mamedov Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəsini bölüşərək xidmət səviyyəsindən narazılığını ifadə edib. KONKRET.az xəbər verir ki, o, Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəsini sərnişinlərlə bölüşüb: “Nəzərə alsaq ki, mən özüm bu təşkilatda 7 il çalışmışam, mümkün qədər obyektiv və qərəzsiz olmağa çalışacağam.
ABŞ-da olarkən, qatar biletlərinin satışa çıxarılmasından bir gün əvvəl əməkdaşlarımdan xahiş etdim ki, 6 iyun tarixi üçün Tbilisi–Bakı istiqamətində mənə bilet alsınlar. Satışın ilk günü səhər əməkdaşlarım bildirdilər ki, bu marşrut üzrə üç qiymət mövcuddur: Komfort sinfi üçün 104,26 manat, Komfort+ üçün 150,65 manat və Lüks sinif üçün 231,29 manat. Lakin həmin vaxt yalnız Lüks sinifdə yerlər qalmışdı.
ABŞ-a və oradan Tbilisiyə qədər olan marşrutumu təsadüfən qeyd etmədim. Aviabiletim üzrə mənə 23 kq-lıq bir çamadan və 10 kq-a qədər əl yükü aparmağa icazə verilmişdi. Mən də heç bir çəki limitini aşmadan belə etdim. Hətta ABŞ-dan qayıdarkən əməkdaşlardan biri tranzit zamanı çamadanla əlavə əziyyət çəkməməyim üçün əl yükümü də baqaja verməyi təklif etdi. Hər kəs səyahətimin mümkün qədər rahat keçməsi üçün kömək etməyə çalışırdı. Tbilisi vağzalının perronuna ayaq basdığım ana qədər…
Yanımda duran bir gənc baqajsız səyahət etdiyini və çantamı öz adına rəsmiləşdirə biləcəyini söylədi. Lakin bələdçi xanım buna o qədər sərt reaksiya verdi ki, bütün izahlar və xahişlər nəticəsiz qaldı. Cavab yalnız bir idi: “50 manat ödəməlisiniz.” Mübahisədən qaçmaq və tərbiyəmə uyğun davranmaq üçün həmin məbləği ödəməyə məcbur oldum.
Qatar hərəkətə başlayandan sonra, əvvəllər olduğu kimi, bələdçidən bir stəkan çay istədim. O isə çay təqdim etmədiyini və nəsə istədiyim halda restoran vaqonuna getməli olduğumu bildirdi. Lüks sinifdə qidalanma barədə sual verdikdə isə mənə sanki xalq düşməninə baxırmış kimi baxdı və yenə restoran vaqonuna yönləndirdi.
Beləliklə, 109 manat qənaət etmək və keçmiş xatirələri yenidən yaşamaq istəyərkən, əlavə baqaj ödənişi və şam yeməyini nəzərə aldıqda cəmi 20 manat qənaət etmiş oldum. Bunun müqabilində böyük məyusluq yaşadım və həyatımın 10 saatını itirdim. Kupe daxilindəki şəxsi sanitar qovşağından cəmi bir dəfə istifadə etdim, duş otağına isə ümumiyyətlə girmədim.
Bu, həmin qatarla ilk və son səfərim oldu. Sizə də tövsiyə etmirəm. Təyyarə ilə uçmaq daha məqsədəuyğundur.
Geri qayıt |