Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan təkbaşına hökumət qura biləcək?
Paşinyan təkbaşına hökumət qura biləcək?Bu gün, 10:15 |
|
Ermənistanda 7 iyun seçkilərinin yekun nəticələri həyəcanla gözlənilir. "Vətəndaş müqaviləsi" Partiyası – 49,83% "Güclü Ermənistan" bloku – 23,35% "Ermənistan" bloku – 9,93% "Çiçəklənən Ermənistan" Partiyası – 3,98%". - Partiya ən azı 4% səs toplamalıdır; - 2–3 partiyadan ibarət blok ən azı 8% toplamalıdır; - 4 və daha çox partiyadan ibarət blok üçün hədd 10%-dir; Hökuməti təkbaşına formalaşdırmaq üçün parlament mandatlarının 50%-dən çoxu (50+1%) lazımdır. Baş nazir parlament çoxluğu tərəfindən seçilir. - Ermənistanda "sabit çoxluq" mexanizmi mövcuddur. Əgər qalib qüvvə hökumət qurmaq hüququ qazanır, lakin mandatların payı 54%-dən azdırsa, qanun ona əlavə mandatların verilməsi ilə "sabit çoxluğun" təmin edilməsinə imkan yaradır. Yəni 50+1% yer qazanan partiyaya əlavə mandatlar verilərək payı 54%-ə çatdırılır. Bu, hökumətin daha sabit fəaliyyət göstərməsi üçün nəzərdə tutulub. - Əgər heç bir partiya və ya koalisiya çoxluq yarada bilmirsə, partiyalar koalisiya danışıqlarına başlayırlar. Əgər seçkidən sonra 6 gün ərzində heç bir koalisiya formalaşmırsa, qanun ən çox səs toplamış iki siyasi qüvvə arasında ikinci tur seçkilərinin keçirilməsinə imkan verir. İkinci turun nəticəsinə görə, qalib tərəfə hökumət qurmaq üçün lazım olan əlavə mandatlar verilir. Geri qayıt |