Əsas Səhifə > Ana xəbər / Güney Press > Köçəryan, Karapetyan, Tsarukyan: Paşinyan onları həbs etdirəcək
Köçəryan, Karapetyan, Tsarukyan: Paşinyan onları həbs etdirəcəkBu gün, 10:11 |
|
Paşinyan seçkidəki qələbəsi rəsmiləşdikdən sonra edəcəyi işləri açıqlayıb. O bildirib ki, Ermənistanda cinayətkar-oliqarxik sistem tamamilə məhv edilməlidir. "Cebheinfo.az" xəbər verir ki, Baş nazir Nikol Paşinyan parlament seçkilərindən sonra ilk mətbuat konfransını keçirib. "Bu qüvvələrin liderləri sizə məlum olan işlər üçün Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş prosedurlara uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Cinayətkar oliqarxiya çox tez bir zamanda aktivlərindən məhrum edilməlidir. Bu, qanunsuz aktivlərin müsadirə edilməsi, cinayət məsuliyyətinə cəlb və dövlət maraqlarının qorunması yolu ilə həyata keçiriləcək. Bunlar siyasi qüvvələr deyil, cinayətkar-oliqarxik sistemin nümayəndələridir. Onlar Ermənistanda fəaliyyət göstərməməlidirlər", - deyə Paşinyan bildirib. Xatırladaq ki, 5 iyunda keçirilən mitinqdə Paşinyan yenidən müxalifət liderləri Robert Köçəryanı, Samvel Karapetyanı və Qaqik Tsarukyanı cinayətlərdə ittiham edərək, onları cinayət məsuliyyətinə cəlb etməklə hədələmişdi. Paşinyan rəhbərlik etdikləri siyasi partiyaları yenidən "üçbaşlı müharibə partiyası" adlandıraraq, 7 iyun 2026-cı il seçkilərində parlamentə girməməli olduqlarını bildirmişdi "Köçəryan seçkilərdən dərhal sonra həbs olunmalı və 1 mart 2008-ci il cinayətinə görə məhkəməyə verilməlidir. 1 mart işində günahkar olanlar uzun illər həbs cəzası çəkməlidirlər. Baş Prokurorluq onun ailəsindən qanunsuz əldə edilmiş 200 milyon dollarlıq əmlak və maliyyə vəsaiti tələb edir və məhkəmə sistemi bu oğurlanmış əmlakı Ermənistan Respublikasına qaytarmalıdır", - deyə Paşinyan bildirib. Hökumət başçısı, həmçinin "Güclü Ermənistan" Partiyasının lideri və "Taşir Qrupu"nun prezidenti Samvel Karapetyana qarşı təhdidlər səsləndirərək onu "hərbi hissələrdə elektrik sayğaclarını saxtalaşdıran Kaluqa oliqarxı" adlandırıb. "O, bununla da ordunu soyub və ciddi şəkildə məsuliyyətə cəlb olunmalıdır. Kaluqa oliqarxı həmçinin 300.000 azərbaycanlı haqqında yalan, casusluq hekayəsini Ermənistanın daxili siyasi gündəliyinə daxil etdiyinə görə cavab verməlidir", - deyə o bildirib. Paşinyan "Çiçəklənən Ermənistan" Partiyasının lideri və "Multi Group" şirkətinin prezidenti Qaqik Tsarukyanla bağlı bildirib ki, Baş Prokurorluq ondan 300 milyon dollardan çox qanunsuz aktivlərin müsadirə edilməsini tələb edir və məhkəmə sistemi oğurlanmış əmlakı ən qısa müddətdə dövlətə və xalqa qaytarmalıdır. "Tsarukyan, onun cilovsuz silahdaşları və oğlu törətdikləri cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar". Geri qayıt |