Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənilər bu işi yaxşı bacarır...
Ermənilər bu işi yaxşı bacarır...Bu gün, 08:09 |
|
Ermənilər Rusiya çətirindən çıxıb Avropa ailəsinə qoşulmaq istəyir. Avropa da Paşinyanı istəyir. Odur ki, müəllimin qələbəsi şübhəsizdir.
Avropa öz ciddiliyini sübut etmək üçün pulun ucunu göstərərək Ermənistanın Rusiyadan itirdiklərini qarşılamaq məqsədilə ilkin olaraq 50 milyon avro ayırıb. Həmçinin, Ermənistanda yetişdirilən qızılgüllərdən ibarət ilk partiyanı artıq Latviyaya çatdırıblar.
Bir sözlə, Ermənistan Avropa qatarına minmək üzrədir və Gürcüstandan daha qətiyyətli addımlar atır. Rusiyadan qopmaq üçün zamanı çox yaxşı tutublar. Ermənilər bu işin ustasıdır, tarixi boyu imperiyanın parçalanmasını hər kəsdən əvvəl hiss edib, özlərinə başqa çətir tapmağı bacaran millətdir.
Müəllif: Orxan Atabəy - "DİA-AZ"
Geri qayıt |