Əsas Səhifə > Ana xəbər / Güney Press > Biz qardaşımızı yaxşı tanıyırıq...

Biz qardaşımızı yaxşı tanıyırıq...


Bu gün, 07:46

Rusiyanın çox şəhərlərində olmuşam. Əsgərliyim orada keçib, bir müddət orada təhsil almışam. Türkiyəyə isə 35 ildir gedib-gəlirəm. Son ilyarımda da səhhətimlə bağlı tez-tez buradayam, lap tez-tez.
Bu illər ərzində bir şeyi aydın görmüşəm.
Rusiyada soruşurlar: - Откуда ты? -Из Азербайджана. Və çox vaxt eşitdiyin cavab belə olur: - Понаехали тут чурки, черножопые...
Türkiyədə soruşurlar: - Nerelisin? - Azerbaycan. Və cavab gəlir: - Ooo, kardeş ülke. Kendi memleketine hoş geldin.
Fərq budur.
Biri səni yad, artıq adam, ikinci sort insan kimi görür. Digəri isə qardaş deyib bağrına basır.
Mənə illərlə "strateji tərəfdaşlıq", "tarixi əlaqələr", "geosiyasi reallıq" haqqında çox şey danışa bilərlər. Amma insanın yaddaşında dövlətlərin bəyanatları yox, ona necə münasibət göstərildiyi qalır.
Mən bu fərqi öz gözlərimlə görmüşəm, öz qulaqlarımla eşitmişəm və öz həyatımda yaşamışam...

Müəllif: Azər Rəşidoğlu - "DİA-AZ"


Geri qayıt